"Emosiyalar və sağlamlıq" adlı psixoprofilaktik iş

Martın 29 - da məktəbdə V sinif şagirdlərinin iştirakı ilə "Emosiyalar və sağlamlıq" adlı psixoprofilaktik iş keçirildi. Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə müxtəlif emosiyalar və onların insan sağlamlığına təsiri haqqında məlumat verdi. "Mənim emosiyalarım" testi keçirildi. Şagirdlər mənfi emosiyalardan uzaq olmaq sağlamlıq üçün vacib olduğunu dərk etdilər, fikir mübadiləsi keçirildi. Təqdimat nümayiş olundu.