Məktəbdaxili monitorinqlər davam edir
"Məktəbin illik fəaliyyət planı" na əsasən şagird nailiyyətlərinin izlənilməsi məqsədilə Martın 15 - də məktəbdə 9 - cu siniflər üzrə növbəti monitoriq keçirildi. Şagirdlərə bu dəfə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təqdim olunmuş material əsasında azərbaycan dili, riyaziyyat və xarici dil üzrə buraxılış imtahanının ikinci mərhələsinə uyğun olaraq qapalı tipli test tapşırıqları təqdim olundu.