"İnternetdən təhlükəsiz istifadə" adlı psixoprofilaktik iş
Martın 15 - də məktəbdə VIII sinif şagirdlərinin iştirakı ilə "İnternetdən təhlükəsiz istifadə" adlı psixoprofilaktik iş keçirilib. Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə qeyd etdi ki, kompüterdə uzun müddət ərzində işləyən insanlarda spesifik psixi pozulma olan "kompüter asılılığı " yarana bilər. Həmçinin sosial şəbəkələrdən təhlükəsiz istifadə haqqında da geniş məlumat verdi. İnformatika müəllimi Əşrəfova Nurlana kompüterdən istifadə qaydaları, viruslar, şəbəkə soxulcanları, spamlar və s.haqqında danışdı. Tibb bacısı Şəfaqətova Simuzər kompüterdə işləyən insan uzun müddət ərzində hərəkətsiz oturmağa məcbur olduğunu vurğuladı, bu isə qan dövranına, göz xəstəliklərinə, onurğa sütünunda problemlərə gətirib çıxarda bilər.Kitabxanaçılar Bağırova Ülviyyə və Hüseynova Səbirə kitabların insan həyatında rolu haqqında söhbət açdılar. Şagirdlər mövzu ilə bağlı öz fikirlərini bildirdilər, onları maraqlandıran suallar cavablandırıldı. Təqdimatlar , videomateriallar, nümayiş olundu.