"Yetkinlik yaşına çatmayanların hühuqlarının qorunmasında daxili işlər nazirliyinin rolu" tədbir
"Məktəbin illik fəaliyyət planı" na əsasən Martın 5 - də məktəbimizdə "Yetkinlik yaşına çatmayanların hühuqlarının qorunmasında daxili işlər nazirliyinin rolu" mövzusunda tədbir keçirildi. Tədbirdə iştirak edən Suraxanı rayon polis idarəsinin rəis müavini, polis polkovniki Vəli Əliyev və Daxili işlər Nazirliyinin Baş İctimai təhlükəsizlik idarəsi yetkinlik yaşına çatmayanlar ilə profilaktiki işin təşkili şöbəsinin xüsusilə mühim tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik leytenantı Əkbər Əkbərov, Suraxanı rayon yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi,polis mayoru Namiq Abbasov,Suraxanı rayon qeydiyyat şöbəsinin müdiri İradə xanım Kazımova və Suraxanı rayonu İcra hakimiyyətinin yanında yetkinlik yaşına çatmayanlarla iş komissiyasının katibi Anar Hüseynov "Narkotiklərin zərərli təsiri", " Dini radıkalizm nədir?" və " Erkən nigahın fəsadları" mövzularında şagirdlərlə söhbət apardılar. Şagirdləri maraqlandıran sualları cavablandırdılar.