"Narkomaniya əsrin bəlasıdır" adlı psixoprofilaktik iş
Martın 1 - də məktəbimizdə X sinif şagirdlərin iştirakı ilə "Narkomaniya əsrin bəlasıdır" adlı psixoprofilaktik iş keçirilib. Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə narkomaniyanın acı fəsadları haqqında söhbət açdı. Narkotiklərə aludə olan insanların ailələrin dağılması, cinayətə sövq etmə, faciəvi sonluq haqqında məlumat verildi. Şagirdlər mövzu ilə bağlı öz fikirlərini bildirdilər. Vurğulandı ki, insanın seçimi öz əlindədir, zərərli vərdişlərə yox deməyi bacarmalıdır, sağlam həyat tərzi seçməlidir. Maarifləndirmə məqsədi ilə keçirilən tədbirlərin əhəmiyyəti də qeyd olundu. Təqdimat və videoçarxlar nümayiş olundu.