"Psixogigiyena və psixoprofilaktika" mövzusunda treninq
Fevralın 28 - də məktəbimizdə STS müəllimlərinin iştirakı ilə "Psixogigiyena və psixoprofilaktika" mövzusunda treninq keçirilib. Treninqdə “Sağlam Təhsil - Sağlam Millət” layihəsinin sosioloji blokun rəhbəri Nigar Şahhüseynbəyova və STS metodisti Nurullayeva Elfira iştirak etmişdiirlər. Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə psixi sağlamlığın əhəmiyyəti haqqında danışdı, vurğuladı ki, psixi sağlamlıq insanın özünə və ətrafdakı insanlarlaolan münasibətdə, ümumilikdə bütün həyat boyu olan münasibətlərdə özünü biruzə verir. Fikrin və qəlbin təmizliyi, rahatlıqı vacib olduğunu bildirdi. Sonra müəllimlər qrup işini yerinə yetirdilər. Psixogigiyena işdə, məişətdə müzakirə olundu. Çıxışlar dinlənildi. Təqdimat və videomaterial nümayiş olundu.