"Ana dili varlığımdır!" tədbir
Fevralın 21 - də məktəbimizdə "Beynəlxalq Ana Dili" gününə həsr olunmuş "Ana dili varlığımdır!" adlı tədbir keçirildi.Tədbirdə BŞTİ- nin müdir müavini - Əsgərov Hüseyn Abbas oğlu, Bakı Dövlət Universitetində sosial elmlər və psixologiya fakültəsinin dekanı - Əlizadə Hikmət Əbdül oğlu, İctimai- siyasi və humanitar məsələlər şöbəsi üzrə müdir müavini - Məmmədov Rəşid Müslüm oğlu,Təlimə Dəstək Mərkəzinin müdiri - Ələkbərova Züleyxa,YAP Suraxanı rayon təşkilatının əməkdaşı - Həsənova Kürsüm Məzahir qızı, tarixçi ,tədqiqatçı - Arif Gürşadoğlu, "Azərbaycan Məktəbi" jurnalının əməkdaşı - Böyükağa Mikayıllı, Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitunun direktor müavini Namiq Nağıyev, BŞTİ - nin məsləhətçisi - Bağırova Şəhanə İlham qızı, Tərəqqi Liseyinin direktoru - Abışov Nasim və 327,316,146,290,232,278,275, 218,270 nömrəli məktəblərin direktorları tədbirdə qonaq qismində iştirak etdilər.Tədbir şagirdlərin ana dilində söylədikləri şeirlər,ifa etdikləri rəqs və mahnılarla yadda qaldı.Şagirdlərin ifasında təqdim olunan səhnəciklər gələn qonaqların və tədbiri izləyən valideyn, müəllim və şagirdlərin marağına səbəb oldu.