"Məktəbin nailiyyətləri" mövzusunda dəyirmi masa

Fevralın 18 - də məktəbimizdə STS müəllimləinin iştirakı ilə "Məktəbin nailiyyətləri" mövzusunda dəyirmi masa keçirildi. TTİDM və STS metodisti Nurullayeva Elfira I yarımilin nəticələri haqqında danışdı. Təhsildə keyfiyyət ili çərçivəsində məktəbin fəaliyyət planına uyğun olaraq görülmüş işlərin hesabatı dinlənildi, əldə olunan uğurlar, qarşıda duran vəzifələr müzakirə olundu. Keçirilmiş tədbirlərin təhlili aparıldı. Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə müəllim - şagird - valideyn münasibətlərinin inkişafı üçün lazım olan addımların atılması haqqında danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi