"Valideynin məktəbdə bir günü" layihəsi
Valideynlərin övladlarının təhsil aldığı müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması məqsədilə Fevralın 15 - də məktəbimizdə "Valideynin məktəbdə bir günü" layihəsi həyata keçirildi.
Valideynlər məktəb kitabxanası, yeməkxana, sinif otaqları, idman zalı, akt zalı, laboratoriyalar, məktəb ərazisi ilə tanış oldular. Valideynlər müəyyən növbələrlə dərslərdə iştirak edib, dərsləri dinlədilər.Məktəbin lektoriya və akt zalında "Məktəb - valideyn münasibətləri şagirdlərin nailiyyətinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amil kimi" mövzusunda seminar keçirildi.Seminarda məktəbin direkoru Novruzova Ceyran,məktəbin psixoloqu Nagıyeva Ruhiyyə çıxış etdi. Sonda şagirdlərin ifasında konsert proqramı təqdim olundu.