"Acı tütünə, spirtli içkilərə yox deyirik!" mövzusunda psixoprofilaktik iş
Fevralın 6 - da "Məktəbin illik fəaliyyət planı" na əsasən IX - X sinif şagirdlərin iştirakı ilə "Acı tütünə, spirtli içkilərə yox deyirik!" mövzusunda psixoprofilaktik iş keçirilib. Dəyirmi masada məktəbin direktoru Novruzova Ceyran gələcəyimiz olan uşaqlar arasında nikotin və spirtli içkilərin əleyhinə təbliğatın aparılmasının vacibliyini vurğuladı. Suraxanı rayonu Gigiyena və Epidemiologiya mərkəzinin həkimi Hüseynova Zakirə Azərbaycan Respublikasının Prezidentinin 161 saylı fərmanına əsasən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" məlumat verib. Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə zərərli vərdişlərin insan sağlamlığına mənfi təsiri haqqında söhbət açdı. Şagirdlər də mövzu ilə bağlı öz fikirlərini bildirdilər, onları narahat edən suallar cavablandırıldı. Təqdimat və videoçarxlar nümayiş olundu.