"Biz sağlam həyat tərzi seçirik!" mövzusunda psixoprofilaktik iş
Fevralın 5 - də "Məktəbin illik fəaliyyət planı" na əsasən məktəbimizdə "Biz sağlam həyat tərzi seçirik!" mövzusunda psixoprofilaktik iş keçirildi. İnteraktiv formada keçən görüş şagirdlərin sağlam həyat tərzinin şərtləri haqqında biliklərini artırmağa şərait yaratdı. Tədbirdə təqdimat və videoçarx nümayiş olundu. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.