Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunmuş tədbir
Fevralın 5 - də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya - Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində keçirilən tədbirdə məktəbimizin 11 "B" sinif şagirdi Cabarlı Rüstəm iştirak edib.