" Breyn- rinq" zəka yarışması

"Məktəbin illik fəaliyyət planı" na əsasən məktəbimizdə 3"A", 3"B", 3"C" ST siniflər arasında " Breyn- rinq" zəka yarışması keçirilib. Məqsəd: şagirdlərin idrak sferasını inkişaf etdirmək, təlim motivasiyasını yüksəltmək, komandada işləmək və s. Komandalar çox fəal tapşırıqları yerinə yetirdilər. Müsabiqə 5 raunddan ibarət idi. Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq məntiq, təfəkkür, təxəyyül, diqqət və s.suallar verilib. Hər bir sinif komandanı dəstəkləmək məqsədilə rəqs etdilər və mahnı oxudular, münsiflər heyyəti isə tapşırıqları yoxladılar. İsti psixoloji iqlim yüksək nəticələrə və yaxşı əhval-ruhiyyənin olmasına səbəb olub. Tədbirdə məktəbin direktoru Ceyran Novruzova,TTİDM Həmidov Rizvan, TTİDM VƏ STS metodisti Nurullayeva Elfira, TTİDM Əhmədova Sevda, məktəbin psixoloqu Nağıyeva Ruhiyyə, sinif müəllimləri Axundlu Pərvanə,Hacıyeva Pərvin və Məmmədova Pərvanə iştirak ediblər. Yarışmanın sonunda komandalar fəxri fərmanla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi