Mütaliəni sevirik
"Məktəbin illik fəaliyyət planı"na əsasən şagirdlərin mütaliə marağının artırılması, mütaliə vərdişlərini formalaşdırmaq və dünyagörüşünü inkişaf etdirmək məqsədilə şagirdlərimizlə məktəbin kitabxanasında müntəzəm olaraq tədbirlər həyata keçirilir. Dekabrın 18-də məktəbimizin 5"J" sinif şagirdləri "Şir və siçan" və "İlan və qurbağa" təmsilləri əsasında hazırladıqları səhnəcikləri məktəbin kitabxanasında nümayiş etdirdilər. Səhnəciklərin hazırlanmasında şagirdlərə ana dili fənn müəllimi Vəliyeva Urfan yaxından köməklik göstərdi.