“Düzgün peşə seçiminin cəmiyyətə və şəxsiyyətə təsiri” mövzusunda konfrans
Noyabrın 14 - də məktəbimizdə təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqənin “Düzgün peşə seçiminin cəmiyyətə və şəxsiyyətə təsiri” mövzusunda təşkil edilmiş layihəsinin yekun konfransını keçirildi. Konfransda 3 ay müddətində layihə ilə bağlı görülmüş işlər haqqında təqdimat və videoçarx təqdim olundu.Layihə iştirakçıları olan 84, 114, 146, 316, 327 №-li məktəblərin 8-ci sinif şagirdlərindən 3 şagird layihənin qalibi və 2 fərqlənən şagird sertifikat və hədiyyələrlə təltif olundu.Digər iştirakçılara layihədə iştirakçı sertifikatları və layihə haqında çap olunmuş kitabçalar paylanıldı.
1. Barxudar Barxudarov – Suraxanı Rayon İcra Hakimiyyətinin İctimau Siyasi və Humanitar məsələlər şöbəsinin şöbə müdiri
2. Fərman Rəsulov – Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının aparat rəhbəri
3. İlhamə Abdullayeva – Bakı Şəhər Təhsil İdarəsinin İnformasiya Təminatı sektorunun müdiri
4. Anar Qədiməliyev – Bakı Şəhər Təhsil İdarəsinin İnkişaf Layihələri şöbəsinin Keyfiyyətə Nəzarət sektorunun müdiri
5. Namiq Nağıyev – Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitunun direktor müavini
6. Şəbnəm Alılı – Suraxanı Rayon Məşğulluq Mərkəzinin Baş məsləhətçisi
7. Rahidə İsmixanova – Suraxanı Rayonu 290 №li tam orta məktəbin direktoru
8. Şəfəq İbişova – Suraxanı Rayonu 84 №li tam orta məktəbin direktoru
9. Yeganə Abdullayeva – Suraxanı Rayonu 327 №li tam orta məktəbin direktor əvəzi
10. Gülzadə Məmmədova – Suraxanı Rayonu 146 №li tam orta məktəbin direktoru
11. Gülnarə Əkbərova – Suraxanı Rayonu 316 №li tam orta məktəbin direktoru
12. Əzizova Məhluqə – Suraxanı Rayonu 232 №li tam orta məktəbin direktoru konfransda qonaq qismində iştirak etdilər.