"Erkən nikah və onun fəsadları" adlı psixoprofilaktik tədbir
Oktyabrın 22 - də məktəbimizdə VIIII-IX sinif şagirdlərinin iştirakı ilə "Erkən nikah və onun fəsadları" adlı psixoprofilaktik tədbir keçirildi. Məqsəd şagirdləri maarifləndirmək və bu yönümdə işlər aparmaq idi. Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə erkən nikahın fəsadları haqqında məlumat verdi. Qeyd etdi ki, erkən nikah yarımçıq qalan təhsil, gələcək perspektivin olmaması və s.problemlərə gətirib çıxarır. Məktəbin TTİDM Əskərova Nailə milli mənəvi dəyərlər haqqında danışdı. Məktəbin UBR İsmayılova Məlahət maarifləndirmə işinin vacib olduğunu bildirdi. Şagirdləri maraqlandıran sualları cavablandırdılar, fikir mübadiləsi keçirildi. Tədbirdə təqdimat və videoçarx nümayiş olundu.