"Sağlam Təhsil- Sağlam Millət" işçi qrupu tərəfindən valideynlərlə görüş
Oktyabrın 4-də məktəbimizdə "Sağlam Təhsil - Sağlam Millət" işçi qrupu tərəfindən valideynlərlə görüş keçirildi. Görüşdə pedaqoji blokun metodisti Nurullayeva Elfira, tibbi gigiyena blokun həkimi Aynur Əlizadə və məktəbimizin psixoloqu Nağıyeva Ruhiyyə iştirak edirdi. Görüşdə layihənin məqsədi, nəticələri və görüləcək işlər barədə söhbət açıldı. Valideynləri maraqlandıran suallar cavablandırıldı. Sonda valideynlərə "Sağlam olmaq və büdcəyə qənaət üçün 3 tövsiyə" kitabçaları təqdim olundu.