"Düzgün peşə seçiminin cəmiyyətə və şəxsiyyətə təsiri" mövzusunda qant layihəsinə start verildi

Məktəbimizin direktoru Novruzova Ceyran Kamal qızı "Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqə"sində "Düzgün peşə seçiminin cəmiyyətə və şəxsiyyətə təsiri" mövzusunda qalib olmuşdur. Bu layihənin həyata keçiriliməsi ilə bağlı artıq silsilə tədbirlərə start verilib. Sentyabrın 10-da məktəbimizdə suraxanı rayon ərazisində yerləşən 5 ümumtəhsil məktəbinin (84,324,316,285 və 114) işçi qrupları ilə görüş keçirilmişdir. Layihənin əsas məqsədi şagirdləri bilik və bacarıqlarına görə peşə seçimində düzgün istiqamətləndiməkdən ibarətdir. Layihənin sonunda şagirdlərimizin düzgün peşə seçiminin önəmini dərk edəcəyini və bunun onların gələcək həyatına birbaşa təsir göstərəcəyinə ümid edirik!