"Əlvida məktəb" son zəng tədbiri
İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir. Biz də bu gün sevimli 11-cilərimizlə vidalaşdıq. Yeni həyat yolunuzda qədəmləriniz möhkəm, qəlbiniz sevincli, yolunuz həmişə açıq olsun, əziz məzunlarımız!!!