Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş dəyirmi masa
"Məktəbin illik fəaliyyət planı" na əsasən məktəbimizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərə start verilib. Məktəbin tarix müəllimi Kənan Quliyev bu mövzu ilə bağlı dəyirmi masa təşkil etdi. Şagirdlər tədbir müddətində öz məruzələri ilə çıxış etdilər. Sonda Kənan müəllim şagirdləri maraqlandıran sualları cavablandırdı.