"İnsan alveri bəşəri və mənəvi terrordur" adlı psixoprofilaktik tədbir
Aprelin 18-də "Məktəbin illik fəaliyyət planı" na əsasən IX-XI sinif şagirdlərinin iştirakı ilə "İnsan alveri bəşəri və mənəvi terrordur" adlı psixoprofilaktik tədbir keçirildi. Məktəb psixoloqu Nağıyeva Ruhiyyə traffikinq-insan alveri,müxtəlif məqsədləri haqqında ətraflı məlumat verdi. Yad şəraitə düşən insanlar sənədləri və hüquqları əllərindən alınmış halda hər bir işə qatlaşaraq traffikinqin təşkilatçılarının toruna düşürlər, qul kütləsinə çevrilirlər. Şagirdlər mövzu ilə bağlı öz fikirlərini bölüşdülər ,fikir mübadiləsi keçirildi. TTİÜDM Cabarova Gülşən çıxışında qeyd etdi ki, insan alveri elə bir qlobal problemdir ki, burada dövlət digər dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində mübarizə aparır. TİÜDM Əskərova Nailə "İnsan alverinə qarşı mübarizə haqqında qanun" haqqında məlumat verdi. Tədbirdə təqdimat və videomateriallar nümayiş olundu.