"Cinsi tərbiyə məsələləri" mövzusunda psixoprofilaktik seminar
Martın 29- da "Məktəbin illik fəaliyyət planı" na əsasən məktəbimizdə VIII sinif şagirdlərin iştirakı ilə "Cinsi tərbiyə məsələləri" mövzusunda psixoprofilaktik seminar keçirildi. Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə oğlan və qızların arasında mənəvi qarşılıqlı münasibətlərin formalaşması, hisslərin tərbiyə olunması, davranış xüsusiyyətlərinin inkişafı haqqında ətraflı məlumat verdi. TTİDM Əhmədova Sevda milli mənəvi dəyərlərin qorunması, əxlaqi keyfiyyətlər, şagirdlərin sağlam düşüncəli böyüməsi haqqında danışdı. Şagirdlər mövzu ilə bağlı çıxış etdilər, fikir mübadiləsi keçirildi, onları maraqlandıran suallar cavablandırıldı. Seminarda təqdimatlar və videoçarxlar nümayiş olundu.