" Sağlam Təhsil -Sağlam Millət" layihəsi çərçivəsində "Bayrağımızı əməllərdə yaşadaq!" tədbiri

Martın 15-də Suraxanı rayonu 114 nömrəli tam orta məktəbdə " Sağlam Təhsil -Sağlam Millət" layihəsi çərçivəsində "Sağlam Təhsil" siniflərinin şagirdləri və müəllimlərinin iştirakı ilə "Bayrağımızı əməllərdə yaşadaq!" tədbiri keçirildi. Tədbirdə layihənin işçi qrupunun üzvləri və məktəbin rəhbərliyi iştirak etdi. Mövzu ilə bağll sosial çarxlar nümayiş edildi, çıxışlar və şerlər dinlənildi. Şagirdlər üç rəngli bayrağımız haqqında məlumat verdilər. Vətənə məhəbbət insanın qəlbində yaşayan, onu vətənin çiçəklənməsinə təhrik edən ən güclü mənəvi-əxlaqi hissdir. Bu hiss şagirdlərimizə ibtidai siniflərdən aşılanır. Şagirdlərimizin ifasında bunu hiss etdik. Sağlam Təhsil - Sağlam Millət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi