"Biz sağlam həyat tərzi seçirik!" adlı psixoprofilaktik iş
"Məktəbin illik fəaliyyət planı"na əsasən Martın 9-da məktəbimizdə VI sinif şagirdlərin iştirakı ilə "Biz sağlam həyat tərzi seçirik!" adlı psixoprofilaktik iş keçirildi. Şagirdlər sağlamlığın şərtləri haqqında danışdılar, fikir mübadiləsi keçirildi. Psixoloq öz çıxışında qeyd etdi ki, sağlamlıq fiziki, psixi və sosial rifah deməkdir. Şagirdlərə zərərli vərdişlərin mənfi nəticələri haqqında ətraflı məlumat verrildi. Təqdimat və videomateriallar nümayiş olundu. Şagirdlər sağlam həyat tərzinin insan həyatında rolunu çıxışları ilə qiymətləndirdilər.