"Ecazkar dilim,şirin dilim!" adlı tədbir

Fevralın 20 - də məktəbimizdə "21 Fevral Beynəlxalq Ana Dili Günü" nə həsr olunmuş "Ecazkar dilim, şirin dilim!" adlı tədbir keçirildi. Çox sayda qonağın iştirak etdiyi tədbirdə şagirdlərimiz ana dilimizin füsünkar sehrindən, ecazkarlığından bəhs etdilər. Şeirlər söyləyib, mahnılar ifa etdilər. Tədbir müddətində nümayiş olunan səhnəciklər və rəqs nömrələri tədbirə daha da rəngarənglik qatdı. Tədbiri hazırlayan ana dili müəllimi Vəliyeva Urfana kolletivimiz adından təşəkkür edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi