9-cu sinif şagirdləri arasında oxu və yazı bacarıqlarının yoxlanılması
Dekabrın 22-də məktəbimizdə "Təlimə Dəstək" mərkəzinin təşkilatçılığı ilə 9-cu sinif şagirdləri arasında oxu və yazı bacarıqlarının yoxlanılması məqsədilə monitorinq keçirildi. Şagirdlər əvvəlcə "Fırtına" mövzusunda ifadə yazı yazdılar. Daha sonra şagirdlərə mətn üzrə 15 açıq tipli test təqdim olundu.