"Biz zərərli vərdişlərə yox deyirik!" adlı psixoprofilaktik tədbir
Noyabrın 1-də məktəbimizdə "Məktəbin illik fəaliyyət planı"na əsasən "Biz zərərli vərdişlərə yox deyirik!" adlı psixoprofilaktik tədbir keçirildi.Tədbirdə siqaret,spirtli içkilərin zərərindən və narkomaniyanın insan həyatında törətdiyi ağır fəsadlardan söhbət açıldı. 9- cu sinif şagirdlərinin iştirakı ilə mövzunu özündə əks etdirən "İnsan ovçusu" səhnəciyi təqdim olundu.Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə narkomaniyanın həm sosial,həm də psixoloji bəla olduğunu qeyd etdi.Tədbirdə təqdimatlar,videoçarxlar və qısametrajlı film nümayiş olundu.