"Məktəblərdə təhsil alanların sağlamlığının qorunması sahəsində aparılan işlər və təlim-tərbiyə şəraiti ilə tanışlıq" mövzusunda monitorinq
Oktyabrın 24-də məktəbimizdə Rusiya Federasiyası Tibb Elmləri Akademiyası Uşaq və Yeniyetmələrin Sağlamlığı və Gigiyenası Elmi Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən "Məktəblərdə təhsil alanların sağlamlığının qorunması sahəsində aparılan işlər və təlim-tərbiyə şəraiti ilə tanışlıq" mövzusunda monitorinq keçirildi. Qonaqlarımız professor Pyotor İvanoviç,Marina Albertovna, Evgeniya Dmitriyevna 5,9 və 11-ci siniflərdə sağlamlıq və həyat tərzi ilə bağlı anket sorğusu apardılar. Bundan əlavə qonaqlarımız "Sağlam Təhsil" siniflərinin,məktəb psixoloqunun iş fəaliyyəti ilə tanış oldular. Tibb otağı,idaman zalı və məktəb yeməkxanasına da baxış keçirdilər.Kollektivimiz fürsətdən istifadə edərək qonaqlarımıza "Qarabağ müharibəsi",torpaqlarımızın işğalı və 1988-ci ildən bəri öz torpaqlarının azad olunması və müdafiəsi uğrunda şəhid olmuş igid Azərbaycan oğulları barə də ətraflı məlamat verdi.Onu da qeyd edək ki, monitorinq zamanı qonaqlarımızı ATU-nun Əmək Gigiyenası və Yeniyetmələr Gigiyenası kafedrasının müdiri,dosent Şəhla Balayeva müşayiət edirdi.