"Almas İldırım yaradıcılığı" mövzusunda seminar

"Məktəbib illik fəaliyyət planı"na əsasən məktəbimizdə "Ana dili və ədəbiyyatı aylığı"na start verildi. Bu aylıq çərçivəsində məktəbimizdə silsilə tədbirlərin keçirilməsi (inşa yazı müsabiqəliri,bilik yarışları,kitabxanada mütaliə ilə bağlı seminarlar,açıq dərslər və sairə) nəzərdə tutulub.Bu məqsədilə oktyabrın 23-də ana dili müəllimi Elnarə Vezirova 9-cu sinif şagirdləri ilə"Almas İldırım yaradıcılığı"mövzusunda məktəbin kitabxanasında müzakirə keçirdi.Şagirdlər həmçinin mövzu ilə bağlı hazırladıqları təqdimatları da müzakirə etdilər. Bundan əlavə şagirdlər onları maraqlandıran Dünya Ədəbiyyatı,tarixi mövzularda,tarixi şəxsiyyətlər haqqında ədəbiyyatlarla da yaxından tanış oldular.