Psixodiaqnostika istiqamətində iş
A.Səfərov adına 114 nömrəli tam orta məktəbin illik fəaliyyət planına əsasən psixoloq ibtidai sinif şagirdlərində idrak proseslərin və emosional sahənin tədqiqi istiqamətində iş aparılıb. Lyuşer testi istifadə olunub.Rənglərə qarşı emosional münasibət onlardan bəzilərinə üstünlüyün verilməsi ilə (seçim) bəzilərinə qarşı etinasızlıqla və imtina ilə (neqativ qiymətləndirmə) xarakerizə olunduğundan psixodianostikada da bu məsələ önəm daşıyır. Lyuşer testinə görə rəng seçimi tədqiq olunanın fəaliyyət istiqamətini,əhvalını və şəxsiyyətin funksional vəziyyəti və nisbətən sabit keyfiyyətlərini özündə əks etdirir. Etkindin "Münasibətlərin rəngli testi", Vekslerin "Şifrələmə" tesi, Torrensın "Fiqurların tamamlanması" və digər psixodiaqnostik metodikalardan istifadə olunub.