Buraxılış siniflərin monitorinqinə start verildi
"Məktəbin illik fəaliyyət planı"na əsasən buraxılış siniflərin monitorinqinə start verildi.Oktyabrın 12 - də məktəbimizdə 9 - cu siniflərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ana dili və riyaziyyat fənni üzrə sinaq test imtahanı keçirildi.Suallar açıq və qapalı tipli test tapşırıqlarından tərtib olunmuşdu.