Daha bir uğurumuz!

Azərbaycan Respublikasının Təhsil Nazirliyindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olmuş 10.07.2017 - ci il tarixli,1 - 12 - 254 nömrəli məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2017 - ci il tarixli 17/1515 - 15 nömrəli dərkənarı ilə daxil olmuş məktubuna uyğun olraq Malaziya Texniki Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunmuş "İngilis dilinin tədrisində pedaqoji bilik üzrə kontekstləşdirilmiş innovasiyalar" üzrə təlim kursunda iştirak etmək məktəbimizin ingilis dili müəllimi Heydərova İlahəyə təklif olunmuşdur. İlahə müəllimə ölkəmizi 1 ay ərzində Malaziyada təmsil (28 iyul - 28 avqust) etmişdir.Təlimlərdə 10 ölkədən 15 nümayəndə iştirak etmişdir. İlahə müəllimə təlimlərdə uğurla iştirak edərək vətənə sertifikat və diplomlarla qayıtmışdır.Təltif olunma mərasimlərinə Malaziyanın Xarici İşlər Nazirliyinin nümayəndələri daxil olmaqla təmsil olunan ölklərin səfirləri də iştirak etmişdir. İlahə müəlliməni bu uğur münasibətilə kollektivimiz adından təbrik edirik,daha böyük nailiyyətlər arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi