"1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü"nə həsr olunan dəyirmi masa
Iyunun 1 - də "Məktəbin illik fəaliyyət planı"na əsasən məktəbimizdə 3 - cü sinif şagirdlərin iştirakı ilə "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü"nə həsr olunmuş dəyirmi masa keçirildi. T.T.İ.Ü.D.M Nurullayeva Elfira çıxışında qeyd etdi ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir, uşaqlara qayğı ildən-ilə artır. Şagirdlər mövzu ilə bağlı öz fikirlərini söylədilər, çıxışlar dinlənildi.Məktəbin psixoloqu Nağıyeva Ruhiyyə "Uşaq Hüquqları Konvensiyası" haqqında ətraflı məlumat verdi, qeyd etdi ki, uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən biridir. Təqdimat nümayiş olundu.