"Sağlam həyat tərzi sağlam qidalanmadan başlayır!"
Mayın 25- də məktəbimizdə "Ekoloji aylıqlar" çərçivəsində "Sağlam həyat tərzi" aylığına həsr olunmuş silsilə tədbirlərdən daha biri keçirildi. Bu dəfə şagirdlərimiz "Sağlam həyat tərzi sağlam qidalanmadan başlayır!" şüarını rəhbər tutaraq texnologiya dərsində təzə meyvə və tərəvəzlərdən ibarət müxtəlif qəlyanaltıların hazırlanmasını nümayiş etdirdilər.