"Biz sağlam həyat tərzini seçirik! adlı psixoprofilaktik seminar
Mayın 24 - də məktəbdə "Ekoloji aylıqlar" çərçivəsində "Sağlam həyat tərzi" aylığına həsr olunmuş növbəti tədbir (seminar) keçirilidi. Məktəbin psixoloqu sağlam həyat tərzinin şərtləri, insan həyatında sağlamlığın əhəmiyyəti barədə məlumat verdi. Müzakirə zamanı insanın fiziki sağlamlığı ilə yanaşı psixi sağlamlığının da vacibliyi vurğulandı. Şagirdlərin mövzu ilə bağlı məruzələri dinlənildikdən sonra təqdimatlar və videoçarxlar nümayiş olundu.