Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş dəyirmi masa
"Məktəbin illik fəaliyyət planı"na əsasən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 - cü ildönümünə həsr olunmuş silsilə tədbirlərimiz davam edir.Bu gün Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirildi.Məktəbin tarix müəllimi Fatimə Zülfüqarova Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ərzində daim respublikamızın tərəqqisi üçün çalışdığını, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğunu və gələcək nəsillərinin taleyinə heç vaxt biganə qalmadığını vurğuladı.Dəyirmi masa müddətində Ulu Öndər haqqında videoçarxlar göstərildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.