"Sosial şəbəkələrdən təhlükəsiz istifadə"psixoprofilaktik iş

"Məktəbin illik fəaliyyət planı"na əsasən bu gün məktəbimizdə 10 - cu sinif şagirdləri ilə "Sosial şəbəkələrdən təhlükəsiz istifadə" mövzusunda psixoprofilaktik iş aparıldı.Psixoloq mövzunun aktuallığını vurğulayaraq, internet təhlükəsizliyini təmin etmək qaydaları haqqında məlumat verdi.İnformatika müəllimi Ömərova Nazxanım "spamlar"ın yayılma metodu və onlardan qorunma haqqında ətraflı söhbət açdı.Dəyirmi masa müddətində maraqlı videoçarxlar nümayiş olundu və şagirdləri maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi