"İnkişafa aparan təhsil" mövzusunda rəngkarlıq müsabiqəsinin məktəb turuna həsr olunmuş sərgi
Bildiyimiz kimi Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ilə əməkdaşlıqda uşaq və gənclər arasında "İnkişafa aparan təhsil" mövzusunda rəngkarlıq müsabiqəsi elan edib.Bu müsabiqədə 7 - 17 yaş kateqoriyasından olan şagirdlər öz əl işləri ilə iştirak edə bilərlər.Məktəbimizdə də bu məqsədlə şagirdlərimizin rəsmlərindən ibarət sərgi təşkil olundu. Sərgidə qonaq qismində İnkişaf Layihələri sektorunun məsləhətçisi Səkinə Ağalarova, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, Baki Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçısi Fərman Abdullayev iştirak etdilər.