Psixodiaqnostik iş

"Məktəbin illik fəaliyyət planı"na əsasən bu gün məktəbin psixoloqu IX sinif şagirdləri ilə Lyuşer testi istifadə edərək psixodiaqnostik iş apardı. Rənglərə qarşı emosional münasibət onlardan bəzilərinə üstünlüyün verilməsi ilə (seçim), bəzilərinə qarşı etinasızlıqla və imtina ilə (neqativ qiymətləndirmə) xarakerizə olunduğundan psixodiaqnostikada da bu məsələ önəm daşıyır. Lyuşer testinə görə rəng seçimi tədqiq olunanın fəaliyyət istiqamətini,əhvalını və şəxsiyyətin funksional vəziyyəti və nisbətən sabit keyfiyyətlərini özündə əks etdirir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi