Şeir müsabiqəsi

Dekabrın 12- də "Məktəbin İllik Fəaliyyət Planı" na əsasən Heydər Əliyevin anım gününə həsr olunm şeir müsabiqəsi təşkil olundu.
Müsabiqənin keçirilməsində məqsəd məktəblilərdə Heydər Əliyev irsinin təbliği, onlarda nitq mədəniyyətini formalaşdırmaq və istedadlarını üzə çıxarmaqdan ibarətdir. “Sən elə bir zirvəsən” mövzusunda şeir müsabiqəsinin qalibləri münsiflər heyəti tərəfindən seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan, səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, düzgünlüyü, səlisliyi və ifadəliliyi, ifa üçün ayrılmış vaxta (5 - 7 dəqiqə) riayət edilməsi əsasında seçilib.