Psixoloji maarifləndirmə
02.10.2024-cü il tarixdə A.Səfərov adına 114 nömrəli tam orta məktəbdə psixoloq Nağıyeva Ruhiyyə V sinifdə adaptasiya proqramını tətbiq etmişdir. Məqsəd: V sinif şagirdlərinin orta məktəbdə təlim şəraitinə adaptasiya dövründə psixoloji-pedaqoji dəstəklənməsidir. Məşğələ zamanı "Sözü davam et", "O kəslər ki", "Məktəb yolu" və s. tapşırıqlar şagirdlər tərəfindən həvəslə yerinə yetirildi, müzakirə olundu, əks əlaqə, qiymətləndirmə aparıldı.