"Ailəm və məktəbim" layihəsi çərçivəsində tədbir
Mətəbin İllik "Fəaliyyət Planı" na uyğun olaraq "Ailəm və məktəbim" layihəsi çərçivəsində tədbirlər davam edir.
Valideyn - məktəb münasibətlərinin inkişaf etdirilməsi, effektiv kommunikasiyanın qurulması üçün yeni yanaşmaların tətbiq olunması, qarşılıqlı əməkdaşlığın səmərəli müstəviyə köçürülməsi, həmçinin məktəbdə bu istiqamətdə həyata keçirilən təşəbbüslərin bütün təhsil ictimaiyyətinə çatdırılması məqsədi ilə "Valideyn - müəllim - şagird üçbucağı” layihəsi çərçivəsində iyunun 5 - də məktəbin ibtidai sinif müəllimi Həmidova Reyhan 3 "Ç" sinif şagirdlərinin və könüllü valideynlərinin iştirakı ilə məktəb ərazisində açıq havada "Masterklas" məşğələsi təşkil etdi.
Şagirdlər məşğələ zamanı əl işləri düzəltməklə yanaşı təmiz havadan, müəllim və valideynləri ilə keçirilən əyləncəli vaxtdan zövq aldılar.