Direktoryanı müşavirə

Məktəbin İllik "Fəaliyyət Planı" na əsasən mayın 30-da məktəbdə növbəti direktoryanı müşavirə təşkil edildi.

Müşavirənin təşkilində məqsəd pedaqoji heyəti “Təhsilverənlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi və “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 15 may 2024-cü il tarixli Kollegiyasının KQ-07 nömrəli qərarı barədə məlumatlandırmaq idi. Məktəbin direktoru Ceyran Novruzova “Müəllimlərin etik davranış Qaydaları”nı müəllimlərin diqqətinə çatdırdı. Müşavirədə iştirak edən təhsilverənlər qaydalarla tanış olduqları barədə müvafiq sənədi imzaladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi