"Müstəqilliyimiz əbədidir!" mövzusunda ədəbi-bədii kompozisiya

Məktəbin İllik "Fəaliyyət planı" na əsasən mayın 27-də müasir və müstəqil Azərbaycançılıq ideyalarının təbliği məqsədilə məktəbin ibtidai sinif müəllimi Əzizə Aqamədova şagirdlərinin iştirakı ilə 28 May – Müstəqillik gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir!" mövzusunda ədəbi-bədii kompozisiya keçirmişdir.
Tədbirin əvvəlində şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verən məktəbin direktoru Ceyran Novruzova Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətindən, xalqımızın qədim dövlətçilik ənənələrindən də söhbət açdı.
Sonda şagirdlərin ifasında şeirlər, mahnılar dinlənildi və maraqlı rəqs nümunələri izlənildi.