"COP 29 : Qlobal iqlim dəyişiklikləri" mövzusunda açıq havada seminar
Məktəbin İllik "Fəaliyyət Planı" na uyğun olaraq mayın 27 - də Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "COP 29 : Qlobal iqlim dəyişiklikləri" mövzusunda açıq havada seminar keçirilmişdir.
Seminarı təşkil edən məktəbin coğrafiya müəllimi Əhmədova Nərgiz təqdimatla çıxış edərək #COP29-un ölkəmizdə keçirilməsinin vacibliyi, iqlim dəyişikliyi, Azərbaycanın "yaşıl vədləri", yaşıl enerji və onun növləri, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonası, ətraf mühitin qorunması və s. aktual mövzular ətrafında müzakirələr apardı, sonda şagirdləri maraqlandıran sualları cavablandırdı.