"Başqaları ilə ünsiyyət qurmağa nə mane o

21.05.2024 - cü il tarixdə A.Səfərov adına 114 nömrəli tam orta məktəbdə psixoloq Nağıyeva Ruhiyyə V "ə" sinif şagirdlərinin iştirakı ilə "Başqaları ilə ünsiyyət qurmağa nə mane olur?" mövzusunda dəyirmi masa keçirib. Psixoloq qeyd etdi ki, insanların uğurlu ünsiyyət yaranmasında bir sıra amillər var. Danışıq, nitq insanın əxlaqını, elmini, dünyagörüşünü, xasiyyətini, mədəni səviyyəsini əks etdirən bir güzgüdür. Böyük türk mütəfəkkiri Cəlaləddin Rumi sözü yüksək qiymətləndirərkən deyirdi: "Söz var qılınca bənzər bostanı, əkini qış kimi kəsib biçər, söz var ilk bahara bənzər , hər tərəfdə saysız hesabsız meyvələr bitər."Psixoloq şagirdlərə nitq söyləyərkən diqqətli olmağı, sözü demədən əvvəl düşünməyi tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi