lV və VI sinfin valideynləri ilə görüş
Mayın 15 - i və 16 - da məktəbin illik "Fəaliyyət Planı" na əsasən məktəb üzrə lV və VI sinfin valideynləri ilə növbəti görüş keçirilmişdir. Görüşdə Elm və Təhsil Narirliyinin təşkilatçılığı ilə keçiriləcək monitorinq haqqında məlumat verilmiş, məktəb üzrə keçirilən monitorinq nəticələri təhlil olunmuşdur.
Görüşdə çıxış edən məktəbin direktoru Novruzova Ceyran və direktor müavinləri Həmidov Rizvan və Quliyev Kənan məktəb-ailə, müəllim - valideyn əməkdaşlığının şagirdlərin təlim - tərbiyəsindəki rolundan, valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.
Qeyd etmək lazımdır ki, Elm və Təhsil Nazirliyi tərəfindən mayın 18 - də IV siniflərdə tədris dili və riyaziyyat fənlərindən, 19 - u isə VI siniflərdə isə tədris dili, riyaziyyat və təbiət fənlərindən monitorinq təşkil olunacaq.