Reproduktiv sağlamlıq mövzusunda maarifləndirici seminar

Mayın 13 - də məktəbin tibb bacısı Quliyeva Püstə və 8 nömrəli Bakı Uşaq Xəstəxanasının həkimi Allahverdiyev Gülağa tərəfindən şagirdlərinin iştirakı ilə Reproduktiv sağlamlıq mövzusunda maarifləndirici seminar təşkil olunub. Keçirilən növbəti seminar "Nevrozun yaranma səbəbləri" mövzusunda idi.
Tibb bacıs, həkim söhbət zamanı uşaqların inkişaf mərhələlərindən reproduktiv sistemində və bütün orqanizimdə olan dəyişikliklərdən geniş bəhs edib və Nevrozun yaranma səbəbləri haqqında geniş məlumat veriblər. Şagirdlərlə müxtəlif formalarda məşğələlər keçirib. Sonda şagirdlərə sağlam olmaq üçün faydalı qidalara və idmana üstünlük vermələrii, şəxsi gigiyenalarına əməl etməli tövsiyyə olunub.