Reproduktiv sağlamlıq, yeniyetmələrin zərərli vərdişlərdən qorunması mövzusunda maarifləndirici söhbət

Aprelin 17 - də məktəbin Təlim - tərbiyə işləri üzrə direktor müavinləri Həmidov Rizvan, Quliye Kənan, tibb bacısı Quliyeva Püstə və 8 nömrəli Bakı Uşaq Xəstəxanasının həkimi Allahverdiyev Gülağa tərəfindən şagirdlərinin iştirakı ilə Reproduktiv sağlamlıq, yeniyetmələrin zərərli vərdişlərdən qorunması mövzusunda maarifləndirici söhbət keçirilib. Söhbətin keçirilməsində əsas məqsəd yeniyetmələrin yetkinlik yaş dövründə zərərli vərdişlərdən uzaq olmağı , sağlam olmaq üçün şəxsi gigiyena və ümumi gigiyena qaydalarına düzgün riayət etmək, ətraf mühitin insan sağlamlığına təsirindən ibarət olub. Görüşdə qeyd olunun ki,, reproduktiv sağlamlıq ümümi sağlamlığın vacib tərkib hissəsidir. Tibb bacısı söhbət zamanı uşaqların inkişaf mərhələlərindən reproduktiv sistemində və bütün orqanizimdə olan dəyişikliklərdən geniş bəhs edib. Şagirdlərlə müxtəlif formalarda məşğələlər keçirib. Sonda şagirdlərə sağlam olmaq üçün faydalı qidalara və idmana üstünlük vermələrii, şəxsi gigiyenalarına xüsusi diqqət yetirmələri tövsiyyə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi