"Sağlam Qida" mövzusunda nümunəvi dərs
Məktəbin İllik "Fəaliyyət Planı" na əsasən nümunəvi dərslər davam edir
Aprelin 6 - da məktəbin ibtidai sinif müəllimi Məmmədova Validə 3 "a" sinif şagirdlərinin iştirakı ilə "Sağlam Qida" mövzusunda nümunəvi dərs keçirib.
Nümunəvi dərsin keçirilməsində məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir. Dərsdə qruplarla iş formasından, fəal təlim metodlarından və elektron resurslardan istifadə olunub. Müəllimin hazırladığı meyarlara əsasən qiymətləndirmə aparılıb.
Dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib. Dərs dinləyənlər tərəfindən qənaətbəxş hesab olunub.